Fransa prezidenti Türkiyəyə gəlir

Fransa prezidenti Türkiyəyə gəlir

Fransa prezidenti Fransua Olland Türkiyəyə səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın sənaye və inkişaf naziri Arnaud Monteburq deyib.

Türkiyədə 3 günlük səfərdə olan nazir bildirib ki, Türkiyə sənaye, iqtisadiyyat, incəsənət və digər sahələrdə əhəmiyyətli uğurlar əldə edən böyük ölkədir.

Nazirin səfəri zamanı iki ölkə arasında iqtisadiyyat sahəsində əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə