Dünən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu prezident seçkiləri ilə bağlı keçirdiyi monitorinqin nəticələri ilə bağlı hüsabatı yayılıb. SİA-nın verdiyi məlumata görə, Hyat Regency otelininin Quba zalında keçirilən mətbuat konfransı özünün xüsusi ştrixləri, qalmaqallı hadisələri ilə yadda qaldı. Belə ki, hələ 6 ay bundan əvvəl Azərbaycana gələn müşahidə qrupunun üzvləri ayrı-ayrılıqda nəticələrdən razı qalsalar da yekunda seçkilərin demokratik olmadığını bəyan etməyə çalışdılar. Amma mətbuat konfransının gedişində xalqını, vətənini sevən jurnalistlər xalqın iradəsinin əlehinə səslənən fikirlərlə razı olmadıqlarını məntiqli sualları, cəsarətli çıxışları ilə etdilər.
Əksinə müxalifət partiyalarının öyrətdiyi bir para adamlar, N!DA gənclət təşkilatının üzvləri özlərini jurnalist kimi təqdim etməklə müşahidə missiyasının qərəzli bəyanatına şərik olduqlarını bildirməyə çalışdılar. Amma onların da səsi məntiqli çıxışlarla susduruldu. İsa Qəmbərin jurnalist olmayan oğlu Turqut Qəmbər və N!DA təşkilatının üzvləri ayaqlarını yerə döyərək tərbiyəsizlik etməklə yanaşı mətbuat konfransının gedişini pozmaöa çalışdılar. Tədbirin aparıcısına bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onun xuliqan hərəkətlərinə göz yumuldu, əksinə sanki müstəqil mətbuatın acığına Müsavat başqanının müşaviri olan xanıma hakimiyyət strukturlarını, Prezidenti, Azərbaycan xalqını təhqir etməyə imkan yaratdılar.
Maraqlıdır, görəsən ATƏT/DTİHB-nin müşahidə missiyası Azərbaycana nəyə gəlmişdi, seçkiləri müşahidə etməyə, yoxsa iqtidar-müxalifət münaqişəsi yaratmağa?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB