ATƏT-in müşahidə missiyası seçkilərin nəticələrini tanıyır

ATƏT-in müşahidə missiyası seçkilərin nəticələrini tanıyır

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycan keçirilən seçkilərin nəticələrini tanıdığını etiraf etdi. SİA-nın məlumatına ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen jurnalistlərə açıqlamasında bunu etiraf edib.

Onun sözlərinə görə, seçkilərin nəticələrini tanımamaq ölkənin suverenliyinə müdaxilə etmək deməkdir: "Azərbaycanda bir çox "exit-poll" keçirilib və onların hamısı demək olar ki, eyni nəticəni göstərib, ona görə də müşahidəçilərin bir sıra məntəqələrdə səslərin sayılması zamanı qeydə aldıqları pozuntulara baxmayaraq, nəticələr arasındakı fərq 4 faizdən çox ola bilməz".

Qeyd edək ki, ATƏT-in müşahidə missiyası ölkədə keçirilən prezident seçkiləri ilə əlaqədar bəyanatını təqdim edib. Bəyanatda səslərin sayılmasında 58 faiz qanun pozuntusuna yol verildiyini bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə