Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/ DTİHB) və ATƏT Parlament Assambleyası Azərbaycandakı prezident seçkisi ilə bağlı ilkin rəyini açıqlayıb. SİA-nın məlumatına görə, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana de Zulueta və Parlament Assambleyasının Azərbaycandakı müşahidə missiyasının rəhbəri Doris Barnett ilkin rəylərini açıqlayandan sonra jurnalistlərin suallarını cavablandırmağa başlayıblar. Hesabatda Azərbaycanda keçirilən seçkilərin demokratik şəkildə keçirilmədiyi, bir çox qanun pozuntulara yer verildiyi qeyd olunub.
Onlara ilk sual başqa müşahidəçilərin seçkini müsbət qiymətləndirdiyi halda tənqidi rəy vermələrinin səbəbi haqda olub. Tana de Zulueta suala cavab verdikdən sonra mətbuat konfransında iştirak edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev sual vermək istədiyini bildirib. Təbii ki, baş redaktor bunu Azərbaycana qarşı növbəti qərəz adlandırıb: "Ayrı-ayrı məntəqələrdə seçki prosesini izləyən ATƏT/DTİHB müşahidəçiləri açıqlamaları zamanı seçkinin demokratik şəkildə keçirildiyini bildiriblər. Necə olur ki, qrupun rəhbərliyi açıqlamasında seçkilərin demokratik olmadığını bəyan edir, nəticələri şübhə altına alır? Biz belə hesab edirik ki, bu hesabat əvvəlcədən hazırlanıb. Güman edirdik ki, siz apardığınız müşahidələrdən sonra bəyanatınıza korrektə edəcəksiniz. Lakin çox təəssüf ki, seçki reallıqlarını və ondan sonra Azərbaycan xalqının qələbəsini görməzdən gəldiniz və hesabatınıza korrektə etmədiniz".
Konfrans zamanı verilən suallardan yayınmağa çalışan müşahidəçilər fikirlərini bildirməkdə çətinlik çəkiblər. Suallardan qurtulmağın yolunu qaçmaqda görüblər.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, konfransda əsasən müxalifət mətbuatının nümayəndələrinə sual vermək şəraiti yaradılırdı. Müstəqil mətbuata isə demək olar ki, mikrofon az hallarda çatırdı. Bir sözlə qeyri-müxalifət mətbuatına sual vermək imkanı yaradılmırdı. Əvəzində Müsavat Partiyası başqanının müşaviri Yeganə Hacıyeva şərait yaradıldı. Jurnalistlər buna etiraz ediblər. Bildiriblər ki, bura mətbuat nümayəndələrinin yeridir, siyasi arena deyil. Amma ATƏT nümayəndələri müşavirin siyasi bəyanatına qarşı çıxmayıblar. Bu da etirazların qızışmasına səbəb olub.
Qeyd edək ki, konfransda hesabata dair səslənən etirazlar nəticəsini verib. Belə ki, konfransın sonunda ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycandakı seçkilərin nəticələrini tanıdığını etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB