Seçkilər artıq başa çatıb. MSK yekun rəyini açıqlayıb. Ölkədə fəaliyyət göstərən bütün cəmiyyət institutları seçki prosesi və yekunlarla bağlı münasibət bildiriblər. QHT Forumu da bəyanatla çıxış edib. Həmin bəyanatı təqdim edirik:
"Azərbaycan Respublikası Prezidentliyinə 09 oktyabr 2013-cü ildə keçirilmiş seçkilər başa çatmışdır. Səsvermə hüququ olan vətəndaşlar istər respublika hüdudlarında, istərsə də qanunvericiliyə uyğun olaraq xaricdəki diplomatik nümayəndəliklərimizdə yaradılmış məntəqələrdə öz seçici hüquqlarından istifadə edərək istədikləri namizədə səs vermişlər.
Öz sıralarında vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edən çoxsaylı ictimai təşkilatları birləşdirən Azərbaycan Milli QHT Forumu seçkilərin uğurla başa çatması, seçkilərin nəticələrinə əhəmiyyətli ölçüdə təsir edə biləcək hadisələrin baş verməməsini məmnunluq hissi ilə qeyd edir.
Biz çox şadıq ki, seçkilər geniş müşahidəçilik şəraitində, o cümlədən ayrı-ayrı partiya, QHT, KİV və namizədlərin öz müşahidəçiləri, habelə xarici müşahidəçilərin iştirakı ilə keçirilmişdir.
Milli QHT Forumu ölkənin ən böyük ictimai koalisiyası olaraq, Azərbaycan Preezidenti seçkilərinin azad, şəffaf seçki mühiti şəraitində, beynəlxalq standartlara uyğun olaraq keçməsindən məmnunluğunu ifadə edir, bu seçkilərdə qalib gəlmiş İlham Əliyev cənablarına uğurlar arzulayır! Hesab edirik ki, cənab İlham Əliyevin bu qələbəsi respublikamızda son illər həyata keçirilən islahatların nəticəsidir.
Bir daha vurğulayırıq ki, seçki təbliğatında heç kimə məhdudiyyət qoyulmaması, prezidentliyə namizədlərin öz fikirlərini sərbəst olaraq bildirmələri, o cümlədən bu hüquqlarını ödənişsiz əsaslarla İTV və İTR-də həyata keçirmələri təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Biz seçkilərin nəticələrinin bütün digər namizədlər tərəfindən tanınmasını arzulayır və bunun vətəndaşların iradəsinə hörmət əlaməti sayırıq.
MQF bəyan edir ki, hər seçkidə daha da irəli gedən Azərbaycan seçki mədəniyyətinin bir nümunəsi olaraq, 2013-cü il Prezident seçkiləri ən yeni tariximizdə təzə səhifə açıb və bütün vətəndaşlarımızı bu təzə səhifənin yazılmasında bundan sonra da öz töhfələrini verməyə çağırırıq!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB