MSK bütün seçki məntəqələri üzrə nəticələri açıqlayıb: “İlham Əliyev 84,55 % səslə qalib gəlib YENİLƏNİB
Mərkəzi Seçki Komissiyası 125 seçki dairəsinin 5492 məntəqəsi üzrə hər birindən daxil olan ilkin nəticələri açıqlayıb. MSK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bütün məntəqələr üzrə protokollar MSK-ya daxil olub.
Nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,55 faiz (3 126 612 seçici) səs toplayaraq parlaq qələbə çalıb.
Digər namizədlərin səsləri isə belədir:
Cəmil Həsənli - 5,53% (204 635 səs)
İqbal Ağazadə - 2,40% (88 667 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 586 səs)
Zahid Oruc - 1,45% (53717 səs)
İlyas İsmayılov - 1,07% (39641 səss)
Araz Əlizadə - 0,87% (32 065səs)
Fərəc Quliyev - 0,86% (31 774 səs)
Hafiz Hacıyev - 0,66% (24 459 səs)
Sərdar Məmmədov - 0,61% (22 728 səs)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB