Beynəlxalq müşahidə qrupu: "Seçkilər Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirilib"
Prezident seçkilərini izləmək üçün Azərbaycana gələn Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzinin nümayəndə heyəti seçkilərlə bağlı hesabatını açıqlayıb. SİA-nın məlumatına görə hesabat haqqında danışan nümayəndə heyətinin üzvü Tai Kittrik bildirib ki, 10 sentyabr 2013-cü ildə MSK-dan qeydiyyatdan keçiblər.
Onun sözlərinə görə, müşahidə missiyasına 6 oktyabrdan başlayıblar: "Müşahidə qrupuna Avropa, ABŞ, İsrail və digər ölkələrin olan nümayəndələr daxil olub. Keçirilən seçkilərdə müşahidələrimiz zamanı heç bir qanun pozuntusu aşkarlanmayıb".
Qrupun prezidenti Lidia Lavson bildirib ki, seçkilər demokratik beynəlxalq standartlara cavab verib: "Müşahidələrimiz zamanı heç bir məntəqədə qayda pozuntusu qeydə alınmayıb. Müşahidəçilər üçün lazımi şərait yaradılmışdı. Seçki prosesində iştirak edən hər kəs seçkilərin yüksək səviyyədə həyat keçirildiyini bildirirlər. Evdə səs verənlər azlıq təşkil edirdi, insanlar daha çox məntəqələrdə səs verməyi üstünlük verirdilər".
Polşadan olan müşahidəçi bildirib ki, seçkilər qanunvericiliyə uyğun şəkildə həyata keçirilib: "Qanun pozuntusuna rast gəlmədik. Səsvermə prosesi Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirildi. Seçkilər şəffaf ədalətli keçirilib. Seçkilər xalqın iradəsinə əsaslanaraq başa çatıb. Seçicilər səs verdi və Azərbaycan öz seçimini səsvermə əsasında seçdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB