Almaniyalı ekspertlər: "Azərbaycanda prezident seçkiləri demokratik çərçivədə baş tutub"
Azərbaycanda prezident seçkiləri demokratik seçki standartları çərçivəsində baş tutub. SİA-nın məlumatına görə, bu sözləri 36 nəfədən ibarət Almaniya nümayəndə heyətinin təmsilçiləri prezident seçkilərindən sonra keçirdikləri mətbuat konfransında deyiblər.
Qrupun rəhbəri, almaniyalı ekspert Edvard Lintner missiyanın üzvləri barədə məlumat verərək bildirib ki, qrupa Avropa Parlamentinin, Almaniya Bundestaqının hazırkı və keçmiş üzvləri daxildirlər.
Ekspertlər bir sıra seçki məntəqələrində olduqlarını, seçkinin tam şəffaf, problemsiz baş tutduğunu qeyd ediblər. Nümayəndə heyətinin üzvləri oktyabrın 8-dən prezident seçkilərini izləmək üçün ölkəmizə səfər etdiklərini bildirmiş, seçkilərin, sülh şəraitində, şəffaf şəkildə keçdiyini vurğulayıblar.
Almaniyalı ekspertlər hər bir namizəd üçün İctimai Televiziya və Radio Şirkətində bərabər vaxtların ayrıldığını, onların Bakıda və regionlarda seçicilərlə görüşmələri üçün şəraitin yaradıldığını diqqətə çatdırıblar.
Seçki bülletenlərində müxtəlif partiyalar tərəfindən namizədliyi irəli sürülən hər bir namizəd üçün tam dolğun məlumatların əks olunduğunu söyləyən E.Lintner müşahidə etdikləri məntəqələrdə hər hansı bir qanun pozuntusunun olmadığını bildiriblər. Qrupun üzvləri seçiciyə qarşı hər hansı bir mənfi təsir hallarının baş vermədiyini də vurğulayıblar.
Almaniyalı ekspertlər fürsətdən istifadə edərək Azərbaycanda seçki prosesinin əsaslarının beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğunluğunu bəyan ediblər.
Şahin Abasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB