MSK seçici fəallığı ilə son nəticələri açıqlayıb

72.31% seçici səsvermə hüququndan istifadə edib
MSK seçici fəallığı ilə son nəticələri açıqlayıb

Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzinin seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb. SİA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, indiyədək 3 720 643 seçici səsvermə hüququndan istifadə edib. Ümumi seçici fəallığı isə hazırda 72 % təşkil edib.

Ən yüksək seçici fəallığı 83 % 1 Şərur-Sədərək, ən aşağı seçici fəallığı isə 15 saylı Yasamal Seçki Dairəsində 61.16 % qeydə alınıb. Paytaxt üzrə ən yüksək seçici fəallığı isə 80.02 % 10 saylı Binəqədi seçki dairəsində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə