Sloveniyalı müşahidəçi: "Kifayət qədər seçici öz səs vermə hüququndan istifadə edib"

Sloveniyalı müşahidəçi: "Kifayət qədər seçici öz səs vermə hüququndan istifadə edib"

"Müşahidə apardığımız hər seçki məntəqəsində kifayət qədər seçici öz səs vermə hüququndan istifadə edib. SİA-nın məlumatına görə, bunu jurnailstlərə açıqlamasında Avropa Parlamentindən olan Sloveniyalı müşahidəçi Vaygl İvo deyib.

Onun sözlərinə görə, müşahidələr zamanı heç bir qanun pozuntusuna yol verilməyib.

O, əlavə edib ki, Azərbaycanda keçirilən prezident seçkilərinin tam şəffaf və demokratik keçirilməsi üçün məntəqələrdə bütün lazımi şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə