Rauf Əliyev: "Seçkilərə kölgə salmaq istəyən qüvvələr niyyətlərinə nail olmayacaqlar"

Rauf Əliyev: "Seçkilərə kölgə salmaq istəyən qüvvələr niyyətlərinə nail olmayacaqlar"

"Seçkilərin gedişini pozamaq və ona kölgə salamaq istəyən qüvvələr olsalar da onlar istəklərinə nail ola bilməyəcəklər". SİA-nın məlumatına görə, bunu millət vəkili Rauf Əliyev bəzi qüvvələrin seçki prosesində təxribat xarakterli hərəkətlərinəmünasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qüvvələr seçki prosesi başlayandan ölkədə qeyri-stabillik yaratmağa cəhd etsədlər də onların bu istəyi baş tutmayıb: " Ona görə ki, Azərbaycan xalqı bu qüvvələrə dəstək verməməklə yanaşı onların destruktiv hərəkətlərini qınayıblar. Onlar bütün proseslərdə uduzduqlarını gördüyündən hər vasitə ilə ölkədə keçirilən mühüm siyasi aksiyaya kölgə salamaq üçün var gücləri ilə çalışıblar və buna nail olam bilməyiblər. Bu qüvvələr ölkənin müxtəlif bölgələrində seçkilərin gedişinə kölgə salmaq cəhdləri olsa da bu istəkləri boşa çıxıb. Bu hallarda çox az olduğundan seçki prosesinə heç bir təsir göstərməyəcək. Əksinə onların bu hərəkətləri onların əleyhinə işləyəcək və bu hərəkətlərinə görə cəmiyyətin qınağına tuş gələcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə