Xəzər rayonunda seçicilər fəallıq göstərirlər

Xəzər rayonunda seçicilər fəallıq göstərirlər

Ölkəmizdə prezident seçkiləri keçirilir. Xəzər rayonunun əhalisi seçkilərdə xüsusi fəallıq göstərirlər. 14 saylı Xəzər Dairə Seçki Komissiyasının sədri İmran Qənbərovun SİA-ya verdiyi məlumata görə, saat 12:00-dək Xəzər rayonunun 47102 seçicisindən 21116 nəfəri seçkilərdə iştirak edib. Bu isə seçiçilərin 44,8 faizini təşkil edir.

Qeyd edək ki, 14 saylı Xəzər dairə seçki komissiyasının 34 açıq, 5 qapalı məntəqələrində 623 yerli, 8 beynəlxalq müşahidəçi seçkinin gedişatını izləyir. Heç bir məntəqədə qanun pozuntusuna yer verilməyib.

14 saylı Xəzər Dairə Seçki Komissiyasının 22 saylı seçki məntəqəsində seçki prosesi uğurla davam edir. Saat 11:10-dək 250 seçici səs vermədə iştirak edib. Məntəqədə müşahidə aparan COPAL-ın baş katibi Joze Rivera Banuet SİA-ya açıqlama verib: "COPAL 29 ölkədən 62 partiyanın üzvlərini özündə cəmləşdirir. Biz Azərbaycanda keçirilən prezident seçikiləri ilə yaxından maraqlanırıq. Səsvermə prosesini izləyirik. Apardığımız müşahidələr zamanı heç bir qanunsuz əmələ rast gəlməmişik. Seçki prosesində yeni texnologiyalardan istifadə olunur. Çernellərdən istifadə olunması səsvermənin düzgünlüyünü bir daha sübut edir. Beynəlxalq və yerli müşahidəçilərin səsvermə məntəqələrində yerləşdirilməsi çox yaxşı haldır. Burada müxtəlif partiyaların üzvləri əyləşirlər. Bu da seçkilərin demokratikliyindən və şəffaflığından xəbər verir. Bütün beynəlxalq müşahidəçilər seçki prosesini yaxından izləyir. Biz hər birimiz seçicilər üçün yaradılan şəraitin şahidiyik. Heç kəsin seçiminə müdaxilə edilmir. İstənilən seçici rahatlıqla seçimini edir".

Beynəlxaq müşahidəçi ölkəmiz haqqında da təəsüratlarını bölüşüb: "Azərbaycana ilk dəfə gəlirəm. Burada çox sürətli inkişaf gedir. Yeni, modern binalar gördüm. Burada formalaşan infrastruktur çox xoşuma gəldi. Azərbaycanın qısa müddətdə inkişafı ölkənin parlaq gələcəyini təmin edir. Azərbaycan gözlə görülə biləcək qədər sürətli inkişaf edib. Azərbaycanın xarici görkəmi qədər demokratiya mədəniyyəti də gündən-günə inkişaf edir. Bu, çox böyük uğurdur".

13 saylı Xəzər - Pirallahı Dairə Seçki Komissiyasının 1 və 2 saylı məntəqələrində də seçicilər fəallıq göstərirlər. 1 saylı məntəqənin sədri Failə Rüstəmovanın SİA-ya verdiyi məlumata görə, saat 10:25-dək 200-dən artıq seçici səsvermədə iştirak edib. Səsvermənin gedişatını yerli siyasi partiyaların, QHT-lərin nümayəndələri ilə yanaşı, Fransa, İslandiya, Amerika, Zambiya və Filandiyadan olan müşahidəçilər də izləyirlər.

2 saylı məntəqədə isə saat 10:30-dək 300-dən artıq seçici səs vermədə iştirak edib. Səsverməni İngiltərə, Meksika, Argentina, Fransa və digər ölkələrdən olan beynəlxalq və yerli müşahidəçilər izləyirlər.

1 və 2 saylı məntəqələrdə həmçinin COPAL-ın (Latın Amerikası və Karib dəznizi adaları Konqresi) rəhbərliyi və üzvləri də müşahidə aparıblar. Qurumun vitse prezidenti Fransisko Rosales Argüello SİA-ya açıqlama verərək seçkilər barədə fikirlərini bidirib: "Səsvermədə məxfilik tam şəkildə qorunur. Hər kəs rahatlıqla gizli şəkildə səs verir. Müxtəlif partiya müşahidəçilərinin seçki prosesini izləməsi səsvermənin şəffaflığından xəbər verir. Azərbaycanda demokratiya günü-gündən inkişaf edir. Bu gün müşahidə etdiyimiz seçkilər də bunun bariz nümunəsidir. İnsanların ardıcıllıqla, demokratik şəraitdə öz seçimini etməsi hər bir müşahidəçinin diqqətini çəkən məqam oldu. Azərbaycan xalqı öz prezidentini tam demokratik yolla seçir. Xalq seçkinin əhəmiyyətini bütün məsuliyyəti ilə dərk edir".

Qeyd edək ki, 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 5, 7, 10, 11, 13, 14, 16, 17, 18, 19, 23 və 13 saylı, Xəzər - Pirallahı Dairə Seçki Komissiyasının 1, 2, 17 saylı məntəqələrində də seçki prosesi tam demokratik və şəffaf şəkildə keçirilir. Səsverməni beynəlxalq və yerli müşahidəçilər izləyirlər. Heç bir qeyri-qanuni hal aşkarlanmayıb.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə