"Ümumi dinamika deməyə əsas verir ki, Azərbaycan vətəndaşları seçkidə kifayət qədər fəallıq nümayiş etdirirlər". Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Seçkilər İnformasiya Mərkəzində təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa və MDB ölkələrindən olan MSK sədrləri və nümayəndələri beynəlxalq müşahidəçilər Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu bildirirlər: "Onlar seçki komissiyaları üzvlərinin peşəkarlığında, müşahidəçilərin çoxluğundan və kifayət qədər maarifləndirilməsindən məmnun olduqlarını bildiriblər. Həmçinin onlar Azərbaycan mətbuatının peşəkarlığından da məmnunluq ifadə ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB