Joze Rivera Banuet: “Azərbaycanın qısa müddətdə inkişafı ölkənin parlaq gələcəyini təmin edir”

Joze Rivera Banuet: “Azərbaycanın qısa müddətdə inkişafı ölkənin parlaq gələcəyini təmin edir”

14 saylı Xəzər Dairə Seçki Komissiyasının 22 saylı seçki məntəqəsində seçki prosesi uğurla davam edir. SİA-nın xəbərinə görə, saat 11:10-dək 250 seçici səs vermədə iştirak edib. Məntəqədə müşahidə aparan COPAL-ın baş katibi Joze Rivera Banuet SİA-ya açıqlama verib: "COPAL 29 ölkədən 62 partiyanın üzvlərini özündə cəmləşdirir. Biz Azərbaycanda keçirilən prezident seçikiləri ilə yaxından maraqlanırıq. Səsvermə prosesini izləyirik. Apardığımız müşahidələr zamanı heç bir qanunsuz əmələ rast gəlməmişik. Seçki prosesində yeni texnologiyalardan istifadə olunur. Çernəllərdən istifadə olunması səsvermənin düzgünlüyünü bir daha sübut edir. Beynəlxalq və yerli müşahidəçilərin səsvermə məntəqələrində yerləşdirilməsi çox yaxşı haldır. Burada müxtəlif partiyaların üzvləri əyləşirlər. Bu da seçkilərin demokratikliyindən və şəffaflığından xəbər verir".

Beynəlxaq müşahidəçi ölkəmiz haqqında da təəsüratlarını bölüşüb: "Azərbaycana ilk dəfə gəlirəm. Burada çox sürətli inkişaf gedir. Yeni, modern binalar gördüm. Burada formalaşan infrakstur çox xoşuma gəldi. Azərbaycanın qısa müddətdə inkişafı ölkənin parlaq gələcəyini təmin edir".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə