Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayı 24 saylı Nizami Dairə Seçki Komissiyasının 30 saylı məntəqəsində əsgərlər öz səslərini veriblər. SİA-nın məlumatına görə, səsvermə tam şəfaf formada keçirilir. 24 saylı Nizami Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin sədri Fəxrəddin Quliyev seçkidə heç bir qanun pozuntusuna rast gəlinmədiyini xüsusilə vurğulayıb: "Seçki normal şəkildə davam edir. 30 saylı mühafizə alayının bütün əsgərləri tam şəkildə öz seçimlərini edib, səslərini verirlər. Ümumi səsvermədə 475 nəfər iştirak edəcək. Saat 12:00-a qədər artıq 230 nəfər öz səsini verərək namizədini seçib".
Qeyd edək ki, səsvermədə Kjell Anders Levin, Ballarin Cereza Laura beynəlxalq müşahidəçi qismində iştirak ediblər. Müşahidəçilər seçki prosesinin tam şəffaflıqla həyata keçirildiyini deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB