MSK: "Seçici fəallığı hazırda 36.81 % təşkil edir"

MSK: "Seçici fəallığı hazırda 36.81 % təşkil edir"

Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzinin saat 12:00 olan ilkin məlumata görə, prezident seçkiləri seçici fəallığı şəraitində keçirilir. SİA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, indiyədək 1894050 seçici səsvermə hüququndan istifadə edib. Ümumi seçici fəallığı isə hazırda 36.81 % təşkil edib.

Ən yüksək seçici fəallığı 44.83 % 14 saylı Xəzər seçki dairəsində müşahidə edilib. Eyni zamanda 21 saylı Nəsimi, 38 saylı Salyan- Neftçala, 13 saylı Xəzər-Pirallahı seçki dairələrində də seçici fəallığı 43-44 % təşkil edib. Ən aşağı seçici fəallığı isə 21 saylı Nəsimi Seçki Dairəsində 26.64% qeydə alınıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumi 62 müraciət daxil olub: "Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".

Xatırladaq ki, MSK-nın 115 nömrəli "Qaynar xətt"inə səsvermənin gedişi zamanı baş verən qanun pozuntuları, qeyri-qanuni hərəkətlər, seçici siyahılarında olan problemlərlə bağlı zəng vuraraq məlumat vermək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə