Səttar Mehbalıyev: “İnsanların azad şəkildə səsverməsi üçün hər bir şərait yaradılıb”

Səttar Mehbalıyev: “İnsanların azad şəkildə səsverməsi üçün hər bir şərait yaradılıb”

"İnsanlar seçkidə fəal iştirak edir". SİA-nın məlumatına görə, bu sözləri Həmkarlar İttifaqı Konfederasiyasının (HİK) sədri, yerli müşahidəçi Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, özü Suraxanı rayonu Qaraçuxur qəsəbəsində səs verməsinə baxmayaraq, artıq beş məntəqədə olub və orada keçirilən səsverməni müşahidə edib.

Onun sözlərinə görə, səsvermə başlayandan indiyə qədər heç bir qayda pozuntusu faktı aşkarlanmayıb: "İnsanların azad şəkildə səsverməsi üçün hər bir şərait yaradılıb. Beynəlxalq müşahidəçilər də Azərbaycanın qısa zaman ərzində böyük inkişafa nail olduğunu qeyd edirlər. Onlar da öz növbələrində seçki prosesinin şəffaflığından danışır, ölkəmizdə hökm sürən demokratiyanın şahidi olurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə