Prezident seçkilərində səsvermənin gedişini veb-kameralar vasitəsilə də izləmək mümkündür. SİA-nın məlumatına görə, bu məqsədlə ölkə üzrə 119 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar yerləşdirilib. İstənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olaraq bu kameraların quraşdırıldığı məntəqələrdə səsvermənin gedişini canlı izləyə bilərlər.
Qeyd edək ki, seçki məntəqələrində səsvermənin gedişini veb-kameralar vasitəsilə izləmək praktikası Azərbaycanda ilk dəfə 2008-ci il prezident seçkilərində tətbiq olunub. Son beş ildə seçki məntəqələrində quraşdırılan veb-kameraların sayı iki dəfə artırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB