Sabah-oktyabrın 9-da prezident seçkilərində ölkənin yüksək səviyyəli rəsmiləri də iştirak edəcək. SİA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində dərc olunan seçici siyahılarına uyğun olaraq ölkənin Prezidenti, birinci xanım, baş nazir, Prezident Administrasiyasının rəhbəri, Milli Məclisin sədri və vitse-spikerin hansı məntəqədə səs verəcəyi məlum olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 saylı Səbail seçki dairəsi, 6 saylı məntəqədə səs verəcək.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 25 saylı məntəqədə öz səsini verəcək.
Baş nazir Artur Rasizadə öz səsini 16 saylı Yasamal ikinci seçki dairəsi, 29 saylı məntəqə verəcək.
Milli Məclisin spikeri Oqtay Əsədov 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 22 saylı məntəqədə səs verəcək.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə öz səsini 29 saylı Səbail seçki dairəsi, 7 saylı məntəqədə verəcək.
Milli Məclisin birinci müavini Ziyafət Əsgərov isə səs vermək üçün 17 saylı Yasamal üçüncü seçki dairəsi, 6 saylı məntəqəyə gedəcək.
Güc strukturlarına gəlincə, qeydiyyata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 17 saylı Yasamal üçüncü seçki dairəsi, 1 saylı məntəqədə səs verəcək.
Daxili işlər naziri Ramil Usubov isə səsini 29 saylı Səbail seçki dairəsi, 1 saylı məntəqədə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB