Nəsimi rayon təhsil işçiləri gələcək tərəqqiyə səs verəcəklər FOTO
Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon Seçki Qərargahı partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun təhsil işçiləri ilə görüş keçirdi.
SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı 9 oktyabr tarixində keçiriləcək təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərin uğurla davam etdiyini bildirdi. Ölkəmizin dinamik inkişafından, Azərbaycanın son 10 illik sosial-iqtisadi inkişafındakı uğurlardan danışan rayon təşkilat sədri görülən hər bir işin Azərbaycanın işıqlı gələcəyi, onun vətəndaşı üçün olduğunu diqqətə çatdırdı: "Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl işlər görülür. Hər bir vətənpərvər ölkəmizin bu temlə inkişafını istəyir".
M.İbrahimqızı təhsil sahəsində görülən işələrə nəzər salaraq, aparılan islahatları, təhsil işçilərinə göstərilən dövlət qayğısını da vurğuladı:"Gələcək nəslin təhsilə yiyələnməsində, elmi müəssisələrdə çalışmasında, Azərbaycanın dünyaya inteqrasiyası prosesində təhsil işçilərinin rolu böyükdür, Azərbaycanın gələcəyi onun təhsili ilə sıx bağlıdır. Təhsil ocaqlarının təmir və bərpası, yeni müəsssələrin istifadəyə verilməsi məhz təhsilə olan dövlət qayğısıdır. Bu, Cənab İlham Əliyevin ölkədaxili siyasətinin nəticəsidir".
Rayon təşkilatının sədri seçiciləri prezident seçkilərində fəallıq göstərməyə, xalqımızı uğurlu gələcəyə aparan Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə çıxış edən Azərbaycan Pedoqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov Ulu Öndərin siyasi kursunu layiqincə təmsil edən Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin uğurlar əldə etdiyini bildirdi. O, çıxışında təhsilə göstərilən diqqət və qayğını vurğulayaraq, təhsilin inkişafı ilə bağlı Dövlət Proqramlarına nəzər saldı:"Elm və texnikanın inkişaf etdiyi informasiya əsrində ictimai, iqtisadi və sosial həyatımızda hər gün baş verən dəyişikliklər təhsil sistemi qarşısında yeni vəzifələr qoyur. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin tərəqqi yoluna nəzər saldıqda görürük ki, təhsil, elmi-texniki tərəqqi həmin dövlətlərdə əsas yeri tutur. Azərbaycan gələcək inkişafını bu yolla qurub. Dövlətimizin təhsil siyasəti Azərbaycanın gələcək inkişafı üçün sağlam təməl formalaşdırıb. Bu siyasət çərçivəsində həm ölkədə təhsilin səviyyəsi qaldırılır, həm də bu sferada infrastruktur, maddi-texniki baza möhkəmləndirilir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasəti Azərbaycanı regionun intellektual mərkəzinə çevirir".
Y.Məmmədov çıxışının sonunda seçiciləri seçkilərdə fəal olmağa çağıraraq, Cənab İlham Əliyevə səs verməyə, təhsilimizi daha da yüksəkliyə qaldırmağa çağırdı.
Görüşdə çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov son 10 ilə ərizində müxtəlif sahələrdə görülən işlərin Azərbaycanın görkəmini nəzərəçarpacaq dərəcədə dəyişdiyini bildirdi:"Bu gün respublikanın
təhsil sahəsində müxtəlif istiqamətlərdə islahatlar həyata keçirilir. Təhsil sisteminin maddi-texniki bazası günbəgün inkişaf etdirilir. Məktəb binasının tikintisi və müasir avadanlıqlarla təchiz edilməsi göz önündədir. Təhsilin məzmununda dəqiq, real planlar üzrə məqsədyönlü islahatlar həyata keçirilir. Təhsil işçiləri Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq olublar və 9 oktyabrda da əminəm ki, hamılıqla Onun layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcəklər".
Görüşdə çıxış edən seçicilər son 10 ildə Azərbaycanın güclü inkişafı, əldə etdiyi uğurlar, regionların inkişafı, millətin gələcəyini təmin edən təhsilə, mədəniyyət və səhiyyəyə göstərilən diqqətin Cənab İlham Əliyevin fəaliyyətinin məntiqi nəticəsi olduğunu bildirərək Cənab İlham Əliyevə səs verəcəklərini vurğuladılar.
Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB