Mingəçevirdə 12 minə yaxın seçici ilə görüş keçirilib

Mingəçevirdə 12 minə yaxın seçici ilə görüş keçirilib

Mingəçevirdə Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində şəhərin 12 minə yaxın seçicisi ilə görüş keçirilib.

Görüşdə iştirak edən Mingəçevir şəhəri üzrə Seçki Qərargahının sədri C.Yusubov, təbliğat qrupunun üzvləri Rasim Nəbiyev, Əfqan Abdullayev və millət vəkili Səttar Mehbalıyev çıxış edərək, ölkədə son 10 il ərzində İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən, əldə edilən uğurlardan, Azərbaycanın iqtisadi qüdrətinin günü-gündən artaraq, regionda söz sahibinə çevrilməsindən danışıblar.

Çıxış edənlər daha sonra hamını 9 oktyabrda seçki məntəqələrinə gedərək, Ulu öndər Heydər Əliyev siyasətini uğurla həyata keçirən YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxışlardan sonra tanınmış incəsənət xadimləri tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə