Bum qəsəbə seçicilərinin rəyi yekdildir

Bum qəsəbə seçicilərinin rəyi yekdildir

Yeni Azərbaycan Partiyasından Azərbaycan Respublikası Prezidentliyinə namizəd möhtərəm cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı üzrə təbliğat qrupu seçicilərlə görüşlərini davam etdirir.

Oktyabrın 3-də qrupun üzvləri rayonun Bum qəsəbəsində olmuşlar.

İzdihamlı yığıncağı təbliğat qrupunun üzvü Qüdrət Səmədov açmışdır. Seçicilərdən Cavan Bəkirov, Mehrəli Mehrəliyev, Nüşabə Hacıyeva və başqaları çıxış edərək son 10 ildə Azərbaycanda, Qəbələ rayonunda o cümlədən Bum qəsəbəsində həyata keçirilən böyük quruculuq və abadlıq işlərindən, əhalinin rifahının yaxşılaşması üçün görülən tədbirlərdən danışmışlar.

Bütün bu uğurların əldə olunmasının möhtərəm prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğunu bildirmiş, seçkilərdə özlərinin və qəsəbə seçicilərinin birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklərini bildirmişlər.

Sonra təbliğat qrupunun üzvü həmyerlimiz çıxış edərək ölkədə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlar haqqında məlumat vermiş, hamını cənab İlham Əliyevə səs verməyə çağırmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə