Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Sumqayıt şəhərində əsaslı infrastruktur layihələri həyata keçirilib, 525 MVt gücünə malik Elektrik Stansiyası tikilib, Sumqayıt Texnologiyalar Parkında 14 zavod, Kimya Sənaye Parkına daxil olan "Azərtexnolayn" MMC-nin boru istehsalı zavodu, Kağız və Karton Emalı və Yağ İstehsalı Fabrikləri, Tekstil Parkı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Azgüntex zavodunda Günəş modulları və LED lampaları istehsal xətləri, "Sağlam-Qida" Aqrar-Sənaye, "Bismak" Qida-Sənaye Kompleksləri yaradılıb, Paralimpiya və Olimpiya İdman Kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası, "Real-Med" Tibb Mərkəzi inşa edilib, 300 çarpayılıq Şəhər Mərkəzi Xəstəxanası, Tarix Muzeyi əsaslı təmir olunub, "Asan" Xidmət Mərkəzi fəaliyyətə başlayıb, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilib, geniş abadlıq-quruculuq işləri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB