" "Milli Şura"dakılar Sarkisyanın Azərbaycan variantıdır" MÜNASİBƏT

" "Milli Şura"dakılar Sarkisyanın Azərbaycan variantıdır" MÜNASİBƏT

Müsavat başqanı İsa Qəmbər Brüsselə səfərə gedib. Onun Avropa Parlamentinin rəhbərliyi və komitə sədrləri ilə görüşlər keçirəcəyi, deputatlar qarşısında çıxış edəcəyi bildirilir. Bununla bağlı SİA Vəhdət Partiyasının sədri Tahir Kərimli və politoloq Cümşüd Nuriyevin fikirlərini öyrənib.

Vəhdət Partiyasının sədri Tahir Kərimli: "Bütün dövlətlərdə iqtdar və müxalifət nümayəndələri xaricə səfərlər edir. Lakin bizim müxalifətin xarici səfərləri digərlərindən fərqlənir. Ona görə ki, bizim müxalifətçilər səfərləri zamanı ölkədəki problemləri üzə çıxarmaq, ölkəni xaricdə biyabır etmək, gözdən salmağa çalışırlar. Çox təəssüf ki, hazırki müxalifət ölkədəki poroblemləri kənara çıxaramağa meyllidir. Lakin bu, düzgün deyil. Hər bir insanın borcu öz dövlətinin mənafeyini qorumaqdır. Harda görümüsünüz ki, digər ölkələrin müxalifət partiyasının liderləri xarici səfərləri zamanı ölkələri ilə bağlı şikayət etsin. Yalnız ötən gün AŞPA-nın iclasında erməni müxalifətinin Serj Sarkisyanın qumarda 70 milyon avro uduzduğunu deməsinin şahidi olduq. Onlar da artıq boğaza yığılıblar, ona görə belə bir hərəkətə yol verdilər. Nəyə görə biz ermənilərin hərəkətlərini təkrarlamalıyıq? Mən başa düşmürəm bunlar kimlərdən nümunə götürürlər?

Əgər gücün çatırsa, qabiliyyətin varsa, xalqı ələ al, onları özünə inandır. İnandır ki, səni seçsinlər, mitinqlərə gəlsinlər. Əgər bunu bacarmırsansa, gedib xaricdə dövləti biyabır edib, hökumətə qarşı ağzına gələni danışmaq, ölkənin imicinə zərbə vurmaq qəbuledilməzdir. Çox təəssüf ki, bəziləri bundan ləzzət alır. Görürlər ki, hakimiyyətlə mübarizə aparmağa gücləri çatmır, xalq onları dəstəkləmir gedib xaricdə ağızlarına gələni danışırlar. Mən bunu qəti şəkildə pisləyirəm. Sarkisyanın Azərbaycanın demokratik ölkə olmaması ilə bağlı dedikləri, məhz bizim müxalifətin fikirləridir. Kim Sarkisyan kimi murdar bir insanın ağzına o sözü atır?"

Politoloq Cümşüd Nuriyev: "Müxalifət nümayəndələrinin xarici ölkələrə səfəri və oradakı çıxışları ermənilərdən fərqlənmir. Ona görə ki, ermənilər də Azərbaycan əleyhinə danışır "Milli Şura" da. Onlar Sarkisyanın Azərbaycan variantıdırlar. Əslində "Milli Şura"nın adı dəyişilərək Erməni Şurası qoyulsa, daha düzgün olar. Çünki onlarla ermənilərin danışığı eyni statusa malikdir. O ki qaldı İsa Qəmbərin Brüsseldəki məruzədə iştirak etməsinə, əgər İsa Qəmbərin Azərbaycanla bağlılığı olsa, müsavatçı olduğunu sübut etmək istəyirsə o zaman orada çıxış etməli və Ermənistan prezidentinin ötən gün Azərbaycanla bağlı söylədiklərini pisləməldir".

Bütün xəbərlər Facebook səhifəmizdə