Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərindəki namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yasamal rayonundan olan seçicilərlə növbəti görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli və digər şəxslər iştirak ediblər.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri F.İsmayılov Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nəaliyyətlərdən, davamlı inkişafından və ölkədəki mövcud sabitlikdən danışıb. Bildirib ki, prezident seçkiləri taleyüklü məsələdir və biz gələcək 5 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyimizi müəyyənləşdirməliyik: "Prezident İlham Əliyevin 10 illik fəaliyyətinin nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə Prezident İlham Əliyevin məntiqli və kəsərli çıxışları hesabına böyük nüfuz qazanıb. Ümumummilli Liderimiz Heydər Əliyevin uzaqgörənliyi, İlham Əliyevə göstərdiyi etimad bu gün də özünü doğruldur. Prezident İlham Əliyev hər zaman xalqın qayğısına qalır. Bu dediklərimi nəzərə alaraq Azərbaycan xalqını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak etməyə çağırıram.
F.İsmayılov vurğulayıb ki, seçkilərdə xarici müşahidəçilər də xalqımızın yaxşını pisdən ayıra bildiyinin şahidi olacaq.
Çıxış edənlər növbəti 5 ildə İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin Azərbaycanın növbəti illərdəki nailiyyətlərini təmin edəcəyini deyiblər. Vurğulanıb ki, Azərbaycan hər bir sahədə yüksəliş dövrünü yaşayır.
Yasamal rayon sakinləri çıxış edərək bildiriblər ki, Azərbaycanın inkişafı naminə məhz İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB