Mehriban Əliyeva Xətai rayonundakı körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Bakının Xətai rayonundakı 315 və 8 nömrəli körpələr-evi uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.
Fondun prezidenti Mehriban Əliyeva əvvəlcə 315 nömrəli körpələr-evi uşaq bağçasına gəldi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, 1976-cı ildən fəaliyyət göstərən bu bağça indiyədək əsaslı təmir olunmayıb. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyulunda başlanıb. Əsaslı təmir nəticəsində bağçada yüksək şərait yaradılıb.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, bağçada 1 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 20 nəfər peşəkar mütəxəssis məşğul olacaq. Bağçada 6 qrup var.
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva 8 nömrəli körpələr-evi uşaq bağçasında yaradılmış şəraitlə tanış oldular.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bağçanın ümumi sahəsi 1,2 hektardır. Həyətdə geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, xüsusi istirahət guşələri yaradılıb, uşaq attraksionları qurulub.
Azərbaycanın birinci xanımı bağça binasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.
Bildirildi ki, 2 mərtəbəli bina 1977-ci ildən fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmayıb. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ilin iyununda başlanıb.
Məlumat verildi ki, 220 yerlik bağçada 190 uşağın təlim-tərbiyəsi ilə 24 pedaqoji və 25 xidməti işçi məşğul olacaq. Bağçada 2 yaşdan 6 yaşadək 3 rus, 7 Azərbaycan qrupu fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB