İlham Əliyev və xanımı müharibə və əmək əlilləri üçün pansionatın yenidənqurmadan sonra açılışında iştirak ediblər

İlham Əliyev və xanımı müharibə və əmək əlilləri üçün pansionatın yenidənqurmadan sonra açılışında iştirak ediblər

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Dövlətimizin başçısı pansionatın yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaradılmış şəraitlə tanış oldular.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına və xanımına məlumat verdi ki, 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şərait yaradılıb.

Pansionat üçün sahəsi 10687 kvadratmetr olan 165 otaqlı yeni korpus tikilib.

Bildirildi ki, təmirdən əvvəl pansionatda 160-a qədər sakin yaşayırdısa, təmirdən sonra onların sayı 300-ə çatıb.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatın sakinləri ilə görüşdülər, çay süfrəsi arxasında söhbət etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə