Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürdüyü hazırkı prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirir. Növbəti belə görüş Lənkəran kənd seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP-ın təbliğat-təşviqat qurupunun üzvü Hadı Rəcəblinin iştirakı ilə dünən rayonun Şağlaküçə, Rvo, Şovu, Əşlə və Qrumba kəndlərinin seçiciləri ilə keçirilib. MM-nin deputatı Hadı Rəcəbli YAP-ın prezidentliyə namizədi İlham Əliyevin ölkəmiz və Lənkəran üçün gördüyü işlərdən danışaraq onun alternativsiz lider olduğunu bildirib.
Komitə sədri qeyd edib ki, 10 illik prezidentliyi dövründə İlham Əliyev Azərbaycanı Dünyanın ən öndə gedən, qlobal layihələrə imza atan ölkəsi kimi tanıda bilib: "Bu gün bizim ordumuz bu gün çox güclüdür. İnanın ki, hər hansı bir kənar bir dövlətin müdaxiləsi olmasa Azərbaycan ordusu 3 gün ərzində bütün işğal altında olan torpaqlarımızı geri qaytarmağa qadirdir. Bir müddət əvvəl dünyanın supergüclərindən olan Rusiya Fedarasiyasının prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Bu əslində Rusiyanın İlham Əliyevi dəstəkləməsi demək idi. Hazırda Şimali Afrika və Yaxın Şərq ölkələrində insanlar böyük əziyyətlər çəkir, orada heç kim sabah başlarına nəyin gələcəyini bilmir. Amma biz azərbaycanlılar isə sakit, firavan həyat üsrürük və hər gün daha da inkişafa doğru addımlayırıq. Mən də, bu nailiyyətlərini davam etdirmək üçün, sizləri 9 oktyabırda seçki məntəqələrinə gəlib gələcəyimizin qarantı İlham Əliyevə səs verməyə çağırıram. Sizlər İlham Əliyevə səs verməklə xoşbəxt gələcəyə səs vermiş olacaqsınız. Yəqin ki, 20 il bundan əvvəlki Azərbaycanı və o zaman baş verən hərc-mərcliyi unutmamısınız. 20 il bundan əvvəl baş verənlər, ölkəni bürüyən xaos, anarxiya heç kimin yadından çıxmayıb. O düvürkü Azərbaycanla bu günki Azərbaycanı heç cür müqayisə etmək mümküm deyil. Həqiqətəndə, hazırkı ölkəmiz 20 il kimi qısa bir müddətdə böyük inkişaf yolu keçib. Bunların isə memarı Ulu öndər Heydər Əliyev və onun özü qədər inandığı, layiqli davamçısı İlham Əliyevdir. O, prezident kimi bölgələrə səfərləri özünün prioritet istiqamətlərindən birinə çevirib və vaxtaşırı olaraq əyalətlərə səfər etməklə xalqla həmrəyliyini nümayiş etdirir. Cənab İlham Əliyevin regionlara hər səfəri isə bir necə obyekt və müəssisənin açlışı ilə müşayiət olunur. Bu isə yüzlərlə yeni iş yerinin açılışı deməkdir. Biz də bunların, görülən işlərin davamlı olması üçün yalnız və yalnız İlham Əliyevə səs verməliyik".
Taleh Bağırov, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB