9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəbələ rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Tikanlı və Abrıx kəndlərində keçirilib.
Görüşü giriş sözü ilə açan rayonun təbliğat qrupunun üzvü Tofiq Şükürov seçicilərə partiyamızın namizədi Cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq işlərindən danışıb. T.Şükürov İlham Əliyevin Qəbələ rayonu üzrə seçki qərargahının üzvlərinin bu günə kimi seçicilərlə bir sıra görüşlər keçirdiyini və görüşlərdə seçicilərin yekdil qərarının - 9 oktyabrda "İLHAMLA İRƏLİ!" şuarı ilə seçkilərə gedərək YAP-ın alternativsiz namizədinə səs verəcəklərini bildirib.
Görüşdə təbliğat qrupunun üzvü Aslan Cəlilov müstəqilliyimizin əldə olunması və qorunub saxlanılmasında Ümummilli Liderimiz Heydər Əliyevin böyük xidmətləri olduğunu qeyd edib. O, həmçinin seçki qanunçuluğu, seçkilərin demokratik şəraitdə keçirilməsi ilə əlaqədar yaradılmış şəraitdən danışaraq seçiciləri öz hüquqlarından istifadə edərək 9 oktyabrda məntəqələrə gələrək, İlham Əliyevə səs verməyə çağırıb.
Seçki qərargahının üzvü Teymur Rəhimov deyib ki, bu gün Azərbaycanda cənab İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur: "Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 9 oktyabrda seçki məntəqələrinə gedərək İlham Əliyevin növbəti 5 ildə də ölkəmizə rəhbərlik etməsi üçün səs verməlidir".
Öz növbəsində çıxış edən kənd sakinləri deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Ona görə də, rayon seçiciləri 9 oktyabrda Prezidentimiz İlham Əliyevə səs verəcəklər.
Tikanlı kənd sakini, müəllim Nurəhməd Məmmədcanov, müəllim Qabil Yusifov, bağça müdiri Tənzilə Məmmədcanova, Abrıx kənd sakini, müəllim Ədalət Tağıyev, Mehdi İbadov, Arif Xudiyev və başqaları qeyd etdilər ki, rayonlarda, qəsəbələrdə, kəndlərdə aparılan abadlıq, quruculuq işləri hamımızda fərəh hissi doğurur: "Qəbələ rayonu günbəgün sürətlə inkişaf edir, bu inkişaf nəticəsində qəbəlilər gözəl, firəvan yaşayır. Bütün bu görülən işlər, qazanılan uğurlar hamımızı sevindirir, fərəhləndirir. Qarşıdan gələn böyük siyasi kampaniyada qəbəlilər yeni uğurlara aparan mütərəqqi yola - İlham Əliyev yoluna səs verəcəklər. Çünki Azərbaycanın gələcəyi məhz Cənab İlham Əliyevlə bağlıdır".
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB