"Cəmiyyətimizin bütün üzvlərini İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq!" FOTOLAR

"Cəmiyyətimizin bütün üzvlərini İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq!" FOTOLAR

YAP İsmayıllı rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat-təbliğat kompaniyası çərçivəsində Göytəpə, Enişdibi, Balik, Tağlabiyan, Mücü kəndlərində seçicilərlə görüş keçirib.

Keçirilən tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, son 10 ildə ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirməkdədir. Ölkə başçısı cənab Preziden İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bir zamanlar dünyanın ən çox borcu olan, adı ən zəif inkişaf etmiş ölkələr sırasında hallanan Azərbaycan dövləti bugün nəhəng infrastruktur layihələrinin həyata keçirildiyi mərkəzə çevrilib. Azərbaycan dövləti artıq dünya dövlətləri içərisidə etibarlı tərəfdaşa çevrilib. İmzalanan neft müqavilələri ölkəmizi aparıcı neft ölkələrindən birinə çevirib. Dünyanın əksər dövlətlərində vətəndaş müharibələri, maliyyə böhranları baş verdiyi halda ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycanın payı 80 faizdən artıqdır. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda ölkəmiz öncül mövqelərdən birini tutur. Bütün bunlar ölkə başçısı Cənab İlham Əliyevin Azərbaycan dövlətinin və xalqının rifahı naminə apardığı alternativsiz siyasətin məntiqi nəticəsidir.

Çıxış edən yerli təbliğat qrupunun üzvləri Vidadi Rəhimov, Hümbət Əsədov qeyd ediblər ki, Cənab İlham Əliyevin hər iki prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olub, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilib. Hazırda Azərbaycanın bütün rayonlarında su və kanalizasiya sistemi yenidən qurulur, qazlaşdırma işi başa çatdırılır. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgi və rəğbətini daha da artırır.

Tədbirdə çıxış edən Göytəpə kənd sakini Zahir Məlikov, Enişdibi kənd sakini Ənvər Aydınov, Balik kənd sakini Bəysəfa Süleymanov, Tağlabiyan kənd sakini Emil Məhyəddinov, Mücü kənd sakini Rəfail Zülfüqarov qeyd ediblər ki, cənab İlham Əliyevin dövlətimizin inkişafı, əhalinin sosial-rifah halının yaxşılaşdırılması naminə apardığı məqsədyönlü fəaliyyəti hamımızın gözü qarşısındadır.Tikilən yeni məktəblər, səhiyyə ocaqları, müasir görünüşlü inzibati binalar ölkəmizin simasını dəyişir. Biz 9 oktyabrda keçiriləcək prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə