Qubada YAP-ın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, YAP-ın Quba rayon üzrə Seçki Qərərgahının nümayəndələri Tüləkəran və Alekseyevka icra ərazi dairələrində seçicilərlə görüşlər keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyev 10 illik fəaliyyəti dövründə Ulu Öndər Heydər Əliyev kursuna sadiq qalaraq ölkəmizi dünya ölkələri arasında lider ölkəyə çevirib: "Möhtərəm İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət nəticəsində ölkəmizin iqtisadi siyasi mövqeləri sarsılmaz dayaqlar üzərində qurulub. Ölkəmizin dünyada artan nüfuzu onun mövqelərinin günü-gündən güclənməsindən xəbər verir. Bütün bunları nəzərə alaraq hamımız 9 oktyabrda YAP-ın namizədinə səs verəcəyik".
Daha sonra çıxış edən Milli Məclisin deputatı Yevda Abramov bildirib ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz günü-gündən güclənir: "Ölkənin müstəqilliyinin ilk illərində düşmüş olduğumuz ağır və böhranlı dövrlərində, xalqımıza və dövlətimizə qarşı təcavüzlərə məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində son qoyuldu. Bu gün isə Ulu Öndər Heydər Əliyev siyasi dühasının ən layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən Azərbaycan dünyada ən aparıcı mövqeyə yüksəlib".
Görüşdə seçicilər ötən prezident seçkisində olduğu kimi, bu seçkidə də cənab İlham Əliyevi dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB