Seçicilərin maarifləndirilməsi istiqamətində vətəndaşlarla görüş keçirilib FOTOLAR
Bu gün Binəqədi rayonunda seçkiqabağı seçicilərin fəallığının artırılması və onların maarifləndirilməsi istiqamətində vətəndaşlarla görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Milli Qeyri-Hökumət Təşkilatı (QHT) Forumunun prezidenti Rauf Zeyni, MQF İdarə Heyətinin sədri Aydın Kərimov və müxtəlif qurumların nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Rauf Zeyni bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının dəstəyi ilə seçki proseslərində, seçki maarifləndirilməsi istiqamətində fəaliyyət göstərmək üçün müxtəlif koalisiyalar yaranıb: "Bu koalisiyalardan biri də məhz MQF seçki koalisiyasıdır. Biz bu proqram çərçivəsində Azərbaycanın əksər regionlarında 13 tədbir təşkil etmişik. Bunlara misal olaraq Mingəçevir, Ağdaş, Zərdab, Ucarı və s. göstərə bilərik. İndi də həmin tədbirlər paytaxt Bakının rayonlarında davam etdirilir. Bu görüş seçicilərin maarifləndirilməsi, seçki hüquqları, seçki münasibətləri, eləcə də seçkidə vətəndaşların fəallığının artırılması məqsədi ilə təşkil olunub.
Diqqətə çatdırılıb ki, görüşün məqsədlərindən biri də seçki qanunvericiliyi, davamlı inkişaf, sabit cəmiyyət, eləcə də bu seçkilərin beynəlxalq əhəmiyyəti ilə əlaqədar əhali arasında ünsiyyəti təmin etməkdir: "9 oktyabrda keçiriləcək prezident seçkiləri əvvəlki seçkilərdən çox fərqlənir. Bu gün insanlar seçkilərə çox böyük diqqət və qayğı göstərirlər. Azərbaycanda son 10 il ərzində Vətəndaş Cəmiyyətinin, dövlətimizin inkişafı və beynəlxalq uğurlarımızın qazanılması istiqamətində xeyli işlər görülüb. Bununla belə gənclərin inkişafına da böyük dəstək verilib. Hətta bütün bunlar "Azərbaycan-2020: İnkişaf konsepsiyası"nda da öz əksini tapıb.
Daha sonra MQF İdarə Heyətinin sədri Aydın Kərimov və digərləri çıxış edərək insanların seçkiqabağı maarifləndirilməsi ilə bağlı dəyərli fikirlərini səsləndiriblər.
Sonda isə vətəndaşları düşündürən və onları maraqlandırılan suallara ətraflı cavab verilib.
.jpg)
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB