Elman Abdullayev: "Azərbaycan BMT TŞ-da ədaləti müdafiə edəcək"
"Azərbaycan BMT TŞ-yə növbəti sədrliyi dövründə BMT ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlığın gücləndirilməsi üçün yüksək səviyyəli görüşün keçirilməsi niyyətindədir". SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
E.Abdullayev bildirib ki, BMT TŞ-yə sədrlik bir ölkə qarşısında duran böyük məsuliyyət və mürəkkəb vəzifədir: "Azərbaycan hər zaman bəyan edib ki, BMT TŞ-da ədaləti müdafiə edəcək. Azərbaycan BMT TŞ sədrliyi dövründə qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirməyə çalışacaq".
XİN sözçüsü vurğulayıb ki, bu gün Azərbaycan dünyanın tolerant mərkəzlərindən biri hesab olunur: "Sivilzasiyalararası dialoqda əhəmiyyətli mövqeyə malik olan Azərbaycan körpü rolunu oynayır və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Ölkəmiz hər il bir neçə beynəlxalq tədbirə ev sahibliyi edir. Bu gün Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən sivilzasiyalararası dialoqun inkişafına ciddi töhfə verən ölkə kimi qəbul edilir. Azərbaycanın Afrika, Asiya, Latın Amerikasın və Cənub-Şərqi-Asiyadakı humanitar fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək səviyyədə təqdir olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB