Qusar Şəhər İncəsənət məktəbində 9 oktyabrda keçiriləcək Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib.
Keçirilən görüşdə YAP Qusar rayon təşkilatının Seçki qərargahının üzvləri Nadirşah Şirinov, Zahir Mustafayev, Cavanşir Nurməmmədov və Neva Abdurəhmanova İlham Əliyevin rəbərliyi altında Azərbaycanın Beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərdən, ölkənin daxilində həyata keçirilən sosialyönümlü layihələr barədə məlumat verərək seçiciləri 9 oktyabrda Azərbaycanın gözəl və nurlu sabahına- İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər adından çıxış edən Zahuddin Ağabəyov, Fyodor Abasov və Baba Rzayev 9 oktyabrda keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının layiqli namizədi İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB