Şamaxıda seçicilərlə görüş keçirilib

Şamaxıda seçicilərlə görüş keçirilib

Bu gün Şamaxı rayonunda YAP-ın namizədi İlham Əliyevin seçki qərargahının üzvləri rayonun Nağaraxana, Talışnuru, Ərçiman və Avaxıl kəndlərində növbəti görüşlərini keçiriblər. SİA-nın məlumatına görə, görüşü açan rayon seçki qərargahının üzvü Altay Məmmədov bildirib ki, cənab İlham Əliyev son 10 ildə Azərbaycan üçün sürətli inkişaf tempi yaratmaqla dünya ölkələri içərisində nüfuzumuzu və qüdrətimizi artırıb: "İnsanların sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə göə, xalq onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcək".

Görüşdə YAP Şamaxı rayon təşkilatının seçki qərargahının üzvləri Vasif Şıxıyev, Ağarza Bayramov və Ruhiyyə Əsgərova da çıxış edərək seçiciləri 9 oktyabrda dügün seçim etməyə səsləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə