Əli Orucov: “Kimsə özünə hörmət etmirsə belə, ən azından seçicilərə hörmət etməlidir” MÜNASİBƏT
"Cəmil Həsənli platformasını təqdim etmək əvəzinə, cəmiyyəti qıcıqlandıran məsələlərə daha çox yer ayırmağa çalışır". Bu sözləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov bəzi namizədlərin öz platformalarını təqdim etmək əvəzinə, təhqir və tənqidi fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, efirdə və ya debatlarda təhqiredici fikirlər səsləndirmək Azərbaycan seçicisini təhqir etmək deməkdir: "Çox təəssüf ki, namizədlərin əksəriyyəti çıxışları zamanı daha çox kobud dildən istifadə edir, jarqonlu ifadələrə yer verir, qarşısındakı insana öz nifrətini, açıq şəkildə göstərməyə çalışırlar. Onlar bu cür yolla bir-birilərini aşağılamağa cəhd göstərirlər, bu isə yolverilməzdir. Həmin namizədlər bu hərəkətləri ilə əxlaqi dəyərlərə, seçicilərə hörmət etmədiklərini nümayiş etdirirlər. Kimsə özünə hörmət etmirsə belə, ən azından efirə baxanlara, seçicilərə hörmət etməlidir. Bu, hər bir namizədin borcudur".
Ə. Orucov vurğulayıb ki, hər deyilənə reaksiya vermək, münasibət bildirmək, namizədin mənfi cəhətidir: "Belə insan dövlət başçısı ola bilməz. Təhqirə təhqirlə cavab vermək düzgün deyil. Qarşıdakı insanın səviyyəsizliyini, onun söyüşlərini səbrlə qarşılamaq lazımdır. Əgər kimsə dövlət başçısı olmaq istəyirsə, o, yüksək idarəçilik qabiliyyəti ilə yanaşı, eyni zamanda dözümlü və səbrli olmağı da bacarmalıdır. Zəif xarakterə malik olan, hər səviyyəsizliyə eyni qarşılığı verən birisindən nə dövlət başçısı olar, nə də xalqı idarə edən siyasi lider!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB