Elçin Mirzəbəyli: “Müxalifətin nümayiş etdirdiyi birlik, əslində mövcud deyil” MÜNASİBƏT
"Müxalifət nümayəndələrinin bir-birini ittiham etməsi onların indiyə qədər nümayiş etdirdikləri birliyin əslində mövcud olmadığını göstərir". Bu sözləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli müxalifət nümayəndələrinin bir-birilərinə qarşı irəli sürdükləri sərt ittihamlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxalifətin bu hərəkətinin səbəbi onların xarici qüvvələrin təzyiqi altında fəaliyyət göstərmələridir: "Onlar bir-birilərini yaxşı tanıyır və hansı yolla irəlilədiklərinə bələddirlər. "Milli Şura" anlayışı yoxdur. Burada bir-birinə düşmən kəsilən qüvvələr var. Onlar xarici himayədarların tövsiyəsi, təzyiqi və təlimatı ilə bir araya gəliblər. Əks halda, onların bir araya gəlməsi, qeyri-mümkündür. Əgər beş adam öz arasında razılığa gələ bilmirsə, bir-birilərinə qarşı ən qatı ittihamlar irəli sürürlərsə, gör onların qurduğu hakimiyyətdə nələr baş verə bilərdi! Onlar insanları və ölkəni fəlakətə sürükləməkdən başqa heç bir məqsədə xidmət edə bilməzlər. Elə bu səbəbdən də bu cür insanların ölkədə hakimiyyətə yiyələnməsi mümkün deyil və Azərbaycan xalqı buna imkan verməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB