Göyçay rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində bu gün rayonun Alpout kəndində 70-80 nəfərin iştirakı ilə görüş keçirilib.
Həmin gün rayonun Çaxırlı kəndində 90-100 nəfərin iştirakı ilə keçirilən növbəti görüşdə çıxış edən millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: "Azərbaycan xalqı üçün hətta mümkünsüz görülən çox önəmli işlər həyata keçirilib. Azərbaycan xalqı gələcək 5 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyini artıq müəyyənləşdirib. Xalqın seçimi cənab İlham Əliyevdir. Prezident İlham Əliyevin 10 il ərzində gördüyü işlər bunu deməyə imkan verir. Bu gün mədəniyyətlərin qovşağı olan Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir".
Görüşlərdə Göyçay rayonu üzrə Seçki Qərargahının üzvləri Ramiz İbrahimov, Sahib Şükürov, Asif Nəbiyev, Zivər Zeynalova və Ləman Hacıyeva iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB