Saakaşvili: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir”
"Keçmiş SSRİ tərkibində olan Azərbaycan, Moldova, Ukrayna və Ermənistanın inkişafı Rusiyaya sərf etmir". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstan Prezidenti Mixeil Saakaşvili BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya ölkələr arasında olan münaqişələrin həllini istəmir: "Sizcə, Rusiya Dağlıq Qarabağ münaqişəsində Ermənistanın Azərbaycanla mübarizədə üstün olmasını istəyir? Xeyr. Bu, Ermənistanı gücləndirə və onun potensialını yüksəldə bilər. Yoxsa elə düşünürsüz ki, Moskva Bakının İrəvandan üstün olmasını istəyir? Xeyr. Onlar heç bir tərəfin qalib olmasını istəmir. Ona görə ki, hazırki vəziyyət xalqın müstəqil və Avropa İttifaqına inteqrasiya olmasına mane olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB