MSK "exit-poll" keçirəcək təşkilatı müəyyənləşdirdi

MSK "exit-poll" keçirəcək təşkilatı müəyyənləşdirdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda MSK "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyini "exit-poll" keçirmək üçün qeydə alıb.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İB Azərbaycanda keçirilən seçkilərdə 6 dəfə "exit-poll" keçirib və bu sahədə kifayət qədər təcrübəyə malikdir. Onun sözlərinə görə, "ELS" "exit-poll"da 1100 nəfərlə iştirak edəcək.

İclasda eyni zamanda, "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin "exit-poll" keçirmək üçün müraciətinə baxılıb və imtina edilib.

N.Məmmədov bildirib ki, "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İB MSK-ya təqdim etdiyi sənədlərdə, xüsusən də İB nizamnaməsində təşkilatın seçkilərdə iştirak edə bilməyəcəyi barədə bənd var.

İclasda, həmçinin Ədalət və Sosial Demokrat partiyalarının vəkilləri qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə