Bu gün Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçki qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri ilə seçicilərin görüşü keçirilib. SİA-nın məlumatına görə, Kürdəmir rayonunun Yenikənd, Dəyirmanlı, Mürtülü, Cəyli, Şahbəyli kəndlərinin seçiciləri ilə görüşdə Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, şair-jurnalist Zenfira Zərbalıyeva iştirak ediblər.
Seçicilərlə görüşdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli 10 il ərzində YAP-ın namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tətbiqi ilə həyata keçirilən islahatlardan, infrastruktur layihələrinin əhəmiyyətindən danışaraq, seçiciləri 9 oktyabr Prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvlərindən Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, şair-jurnalist Zenfira Zərbalıyeva çıxış edərək bildiriblər ki, cənab İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti regionun ən qüdrətli ölkəsinə çevrilib: "Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. İnanırıq ki, İlham Əliyev yenidən ölkə Prezidenti seçiciləcək".
Görüşlərdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışıblar: "İlham Əliyevin düşünülmüş siyasətini dəstəkləyən kürdəmirlilər öz tarixi seçimlərini 9 oktyabr günü məntəqələrə gələrək təsdiqləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB