Balakəndə təbliğat-təşviqat kampaniyası davam edir

Balakəndə təbliğat-təşviqat kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının Seçki Qərargahının üzvləri rayonun ağsaqalları, din xadimləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının Seçki Qəragahının üzvü Azad Balayev bildirib ki, ölkə başçısı İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: "Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. İnanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçiləcək".

Din xadimi Rəhim Əliyev bildirib ki, xalqın İlham Əliyevə dəstəyi böyükdür: "Azərbaycan dünya ölkələri arasında bir tolerantlıq məktəbidir. Burada bütün dinlər azad, insanlar rahat yaşayırlar. Bütün bu şəraiti möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət yaradıb. Ölkəmiz günü gündən gözəlləşir. Rayonun dini icmaları adından bəyan edirəm ki, Balakən dindarlarının seçimi cənab İlham Əliyevdir".

Milli Məclisin üzvü, Balakən rayonundan deputat seçilmiş Rəbiyyət Aslanova toplantıda çıxış edərək bildirib ki, cənab İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti inkişaf edib, regionun ən qüdrətli ölkəsinə çevrilib: "Biz bir millət olaraq fəxr edirik ki, hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyev yenidən prezident seçiləcək".

Rayon ağsaqqallar şurasının üzvü Fuad Səlimov çıxış edərək Prezident İlham Əliyevin Balakəna ayrı ayrı illərdə etdiyi səfərləri xatırladıb və balakənlilərin doğru seçim edərək, 9 oktyabrda Cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə