Qaradağda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində ictimiayiyyət nümyəndələri ilə növbəti görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, qaradağlılarla görüşdə Milli Məclisin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Artıq seçki kampaniyasına start veriləndən cəmiyyətin birmənalı mövqeyinin məhz cənab İlham Əliyev olduğunu bildirən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qaradağlıların da bu prosesdə böyük aktivlik nümayiş etdirdiyini vurğulayıb. Bütövlükdə Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi Azərbaycanın gələcək qarantı kimi qəbul etdiyini söyləyən A.Hüseynov bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya miqyasında aparıcı mövqeyə yüksəldiyini bildirib.
"Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik məfkurəsi Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi siyasi qüdrətini artırdıqca onun siyasi mövqeləri də daha da möhkəmlənir. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə reallığa çevrilə bilməz. Bütün bunlar isə həyata keçirilən düzgün siyasi strategiyaya əsaslanır ki, bunun fonunda Azərbaycan dünyada öz mövqelərini durmadan möhkəmləndirir. Məhz cənab Prezidetn İlham Əliyevim qətiyyəti və həyata keçirdiyi uğurlu praqmatik siyasəti nəticəsində Azərbaycanın 20 faizdən artıq torpaqlarını hələ də işğalda saxlayan bədnam qonşumuz olan Ermənistan bu gün ölkəmiz qarşısında həm iqtisadi, həm də siyasi cəhətdən müqayisəyə gəlməyəcək səviyyədə geridədir. Təkcə Azərbaycanın hərbi xərcləri işğalçı Ermənistanın ümumi dövlət büdcəsindən bir neçə dəfə artıqdır ki, bu da güc balansının kimin tərəfində olmasını açıq şəkildə ifadə edir. Məhz bu siyasətin nəticəsində hər bir vətəndaşımız əmindir ki, ərazi bütövlüyümüz tezliklə bərpa olunacaq, 1 milyondan artıq məcburi qaçqın və köçkünə çevrilimiş vətəndaşlarımız yurd-yuvalarına qayıdacaq", - deyən YAP Siyasi Şurasının üzvü cənab Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın daha böyük uğurlara imza atacağına əminlyini ifadə edib.
Ölkəmizin hər bir bölgəsində olduğu kimi Qaradağda da Cənab İlham Əliyevə tükənməz sevginin olduğunu söyləyən təşkilat sədri xalqımızın öz gələcəyi naminə Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq qaldığını da dilə gətirib. A.Hüseynov qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də Ümummilli Lider Heydər Əliyev zəngin siyasi kursunun ən layiqli davamçısı, öz praqmatik siyasəti ilə xalqın tükənməz sevgisini qazanmış Cənab İlham Əliyevin bütövlükdə Azərbaycan cəmiyyətinin dəstəyi ilə əhatə oluncağına əminliyini ifadə edib. Qaradağlıların öz Liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacaqlarına tam əmin olduğunu söyləyən A.Hüseynov seçkilərin rayonda yüksək fəallıq və demokratik dəyərlər müstəvisində həyata keçiriləcəyinə də tam inamını ifadə edib. "Qaradağlıların oktyabrın 9-da keçiriləcək prezident Cənab İlham Əliyevə səs verəcək", deyə A.Hüseynov əlavə edib.
Qaradağlıları salamlamaqdan böyük qurur hissi keçirdiyini bildirən Milli Məclisin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da çıxışında Azərbaycanın son 10 ildə qazandığı uğurlardan, ölkəmizin dünyada və beynəlxalq arenada qazandığı nailiyyətlərdən bəhs edib. Ölkəmizdə start verilmiş növbəti böyük siyasi kampaniyanın uğurla davam etdiyini bildirən F.Heydərov bütövlükdə Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevə dəstək olduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycanı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strateji xəttlə uğurla inkişaf etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin günü-gündən gücləndiyini vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdığını da qaradağlıların diqqətinə çatdırdı: "Ölkəmizin müstəqilliyinin ilk illərində düşmüş olduğu ağır və böhranlı dövrlərin, xalqımıza və dövlətimizə qarşı təcavüzlərə məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində son qoyuldu. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən müasir və müstəqil Azərbaycanın fundamental əsasları qoyuldu. Dövlətimiz, xalqımız öz milli kimliyinə qovuşdu. Ölkəmizdə müstəqil və güclü dövlətçilik inistutunun əsası qoyuldu. Azərbaycan bir dövlət kimi beynəlxalq arenada özünü tanıda bildi. Bu gün isə Ulu Öndər Heydər Əliyev siyasi dühasının ən layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən Azərbaycan dünyada ən aparıcı bir mövqeyə yüksəlib. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət nəticəsində ölkəmizin iqtisadi siyasi mövqeləri sarsılmaz dayaqlar üzərində qurulub. Ölkəmizin dünyada artan nüfuzu onun mövqelərinin günü-gündən güclənməsindən xəbər verir. Azərbaycanın bütün rayonlarında, bölgələrində böyük quruculuq abadlıq işləri həyata keçirilib. Qaradağ da ümumi mənzərəsi onu deməyə əsas verir ki, burada da ölkəmizin hər yerində gedən uğurlu işlər bu rayonda da davam etdirilir. Təbii ki, bu gün dünyanın bir sıra ölkələrində davam edən böhranın nəticələri insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Bir sıra ölkələrdə isə daxili ədavətlər fonunda günahsız insanlar qətlə yetirilir. Amma bütün bunlara baxmayaraq Azərbaycanda sarsılmaz ictimai-siyasi sabitlik mövcuddur. Bu isə cənab İlham Əliyevin həyata keçirdiyi uğrurlu siyasətin sayəsində mümkün olub. Qarşıdan isə növbəti prezident seçkiləri gəlir. Əminik ki, qaradağlılar növbəti dəfə Ulu Öndər Heydər Əliyev siyasətinə dəstək olmaqla cənab İlham Əliyevə açıq dəstək nümyiş etdirəcək. Bu gün bütövlükdə cəmiyyətimiz cənab İlham Əliyevə dəstəkdir və seçkilərdə Ona öz sevgilərini açıq şəkildə nümayiş etdirəcəklər".
F.Heydərov qarşıdan gələn seçkilərdə xalqımızın öz rifahı və gələcəyi naminə seçkilərdə aktiv iştiraklarını arzulayıb.
Qaradağ rayon Qızıldaş qəsəbə sakini Xubəli Qasımov onların artıq prezident seçkilərində öz seçimlərinin məlum olduğunu deyib. Bildirib ki, onlar Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevə səs verəcəklər.
Qaradağ rayon sakini Rəşid Rəfiyev Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara yüksələcəyini və xalqımızn daima Onun ətrafında sıx birləşəcəyinə əminliyini ifadə edib.
Qaradağ rayon sakini Əliyusif Əliyev də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycanın günü-gündən çiçəkləndiyini vurğulayıb.
Qaradağ rayonu Səngəçal qəsəbəsinin sakini Faiq Abdullayev ölkəmizdə baş verən quruculuq abadlıq işlərindən onların öz həyatlarının müsbət istiqamətdə dəyişməsindən bəhs edib. Məhz bunların cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəində mümkün olduğunu deyən Qaradağ sakini onların qarşıdan gələn prezident seçkilərində yeganə seçimlərinin də məhz Cənab İlham Əliyev olacağını vurğulayıb.
Qaradağlılar adından çıxış edən Qaradağ rayonu Müşfiqabad qəsəbə sakini İrşad Süleymanov bu gün Azərbaycanın günü-gündən inkişaf etdiyini bu hər bir ölkə vətəndaşı kimi onlar da öz həyatlarında hiss etdiklərini bildirib. O həyat səviyyələrinin bu cür yaxşılaşması Cənab Prezident İlham Əliyevin hər bir vətəndaşa diqqət və qayğısından irəli gəldiyini də bildirib. İ.Suleymanov bir seçici olaraq qarşıdan gələn seçkilərdə birmənalı şəkildə cənab İlham Əliyevə dəstək olacaqlarını və Müçfiqabad qəsəbəsi sakinlərinin ümumi fikrini ifadə etdiyini söyləyib.
Qaradağ rayonu ağsaqqalları adından danışan Təhməz Abbasov da çıxışında qarşıdan gələn seçkilərdə hər bir vətəndaşımızı aktiv olmağa cənab prezident İlham Əliyevə dəstək olmağa səsləyib. Bildirib ki, Cənab İlham Əliyevə alternativ yoxdur və xalqımız Onu böyük sevgi ilə dəstəkləyir.
Gənclər adından danışan Racu Hüseynov da çıxışında bu gün ölkə gəncliyinə olan diqqət və qayğıdan onların sosial qayğılarının həlli və ümumilikdə gənclər siyasətinin ayrı-ayrı sahələrinə toxunub. Vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində layiq olduğu zirvəyə yüksəlib. Məhz bu zərurətdən də qarşıdan gələn növbəti prezident seçkilərində Azərbaycan gəncliyinin seçiminin Cənab İlahm Əliyev olacağının heç bir şübhə doğurmadığını söyləyən R.Hüseynov ölkəmizi daha işıqlı və möhtəşəm uğurlarla müşahidə edən dönəmlər gözlədiyini də Qaradağlıların diqqətinə çatdırıb.
Qaradağ rayon sakini Qalina Qasımova da çıxışında qarşıdan gələn prezident seçkilərində onların bir vətəndaş olaraq seçimlərinin cənan İlham Əliyev olduğunu ifadə edib. Bildirib ki, onlar Azərbaycanı bu günki yüksək inkişaf səviyyəsinə ucaldan Ulu Öndər Heydər Əliyev siyasətinin davamına və Onun ən böyük təminatçısı Cənab İlham Əliyevə dəstək olmaqda qərarlıdırlar.
YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova ölkəmizdə bütün sahələrdə qadınlara böyük imkanlar yaratdığını vurğulayıb. T.İsmayılova Qarşıdan gələn prezident seçkilərində qadınların həmişə olduğu kimi bu dəfə də böyük aktivlik nümayiş etdirərək cənab İlham Əliyevə səs verəcəyini deyib.
Qaradağ rayon Umbakı qəsəbəsi sakini Səməd Osmanov Azərbaycan xalqının öz liderinin ətrafında sıx birləşdiyini və bu şəxsin də Cənab İlham Əliyev olduğunu söyləyib. Bildirib ki, onlar öz seçimlərini ediblər və 9 oktyabar günü seçki məntəqəsinə gələrərk ancaq cənab İlham Əliyevə səs verəcəklər.
Qaradağ rayonu Sahil qəsəbəsi İbiş Qəhrəmanaov da çıxışında 9 oktyabr prezident seçkilərində seçimlərinin yalnız Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmiz ancaq Cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da davamlı olaraq inkişaf edə bilər.
Qaradağ rayon ictimaiyyətinin nümayəndəsi Zaməddin Həmişəyev də ölkəmizin gələcək qarantının yalnız cənab İlham Əliyev olduğunu vuğulayıb.
Rayon ictimaiyyətinin digər nümayəndələri də çıxışlarında qarşıdan gələn 9 oktyabr prezident seçkilərində seçimlərinin ancaq cənab İlham Əliyev olduğunu bildiriblər.
Tədbirdə yekun çıxışı edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Heseynov qarşıdan gələn prezident seçkilərində YAP-Xalq birliyinin qalib gələcəyinə, bütövlükdə Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevə dəstək olacağına bir daha əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB