Göyçaylılar İlham Əliyevə dəstək olacaq FOTO

Göyçaylılar İlham Əliyevə dəstək olacaq FOTO

YAP Göyçay rayon təşkilatı Cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirlərini davam etdirir. SİA-nın məlumatına görə, rayonun Mallı-Şıxlı kəndində seçicilərlə keçirilən görüşdə çıxış edən Göyçay rayon seçki Qərargahının üzvləri Sahib Şükürov, Zivər Zeynalova, Ləman Hacıyeva, Zenfira Əliyeva və Şaban Osmanov seçkilərə hazırlıq və təbliğat tədbirlərinin gedişi dövründə rayon təşkilatının gördüyü işlər barədə seçicilərə məlumat veriblər: "Cənab İlham Əliyevin təbliğatı çərçivəsində indiyədək keçirilən bütün görüşlər, seçicilərimizin böyük ruh yüksəkliyi və yüksək siyasi fəallığı şəraitində həyata keçirilir və bütün tədbirlərdə seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyərək, ona səs verəcəklərinə əmin olduqlarını bildiriblər".

Görüşdə vurğulanıb ki, cənab İlham Əliyevin mütəmadi olaraq regionlara səfərləri ictimaiyyət tərəfindən müsbət əhval-ruhiyə ilə qarşılanılır: "Bu günlərdə Göyçayda 1500 mənzilə su sayğacları quraşdırılıb, əhali içməli su ilə təmin olunub. Bütün bunlar isə Ulu Öndər Heydər Əliyevin başladığı, cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir. Məhz bu siyasət nəticəsində biz bu gün rahat və firavan şəkildə yaşaya bilirik. Bu islahatlar isə Azərbaycan xalqı üçün edilir. Ölkəsini, dövlətini düşünənlər 9 oktyabrda qüdrətli Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər"

Bütün xəbərlər Facebook səhifəmizdə