Qəbələlilər də İlham Əliyevi dəstəkləyir FOTO

Qəbələlilər də İlham Əliyevi dəstəkləyir FOTO

Bu gün Qəbələ Rayon Çuxur Qəbələ kənd İnzibati Ərazi Nümayəndəliyində Prezident seçkilərinə YAP tərəfindən namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüş keçirilib.

Tədbirdə Çuxur Qəbələ və Tövlə kəndlərindən 200-dən artıq seçici iştirak edib.

Tədbiri Yeni Azərbaycan Partiyası tərəfindən yaradılan təbliğat qrupunun üzvü Arifə Bayramova açıb və prezidentliyə namizəd İlham Əliyev haqqında iştirakçılara geniş məlumat verib. Məlumatda rayonlarda, qəsəbə və kəndlərdə aparılan abadlıq quruculuq işləri, iqtisadiyyat, elmi tərəqqi və xarici siyasət sahəsindəki nailiyyətlər qeyd edilib.

Görüşdə təbliğatçı Nəriman Şərifov seçki qanunçuluğu, seçkilərin demokratik şəraitdə keçirilməsi ilə əlaqədar yaradılan şəraitlə bağlı iştirakçıları məlumatlandırıb.

Tədbirdə Çuxur Qəbələ kənd sakini Təbriz Məmmədyarov, Tövlə kəndindən müəllim Şair Məhərrəmov və Fərhad Daşdıyev prezidentliyə namizəd İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə