Oğuzlular İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətdən razıdır FOTO

Oğuzlular İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətdən razıdır FOTO

Oğuz rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, Oğuz rayonunun Bayan kəndində keçirilən görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib kİ, təbliğat-təşviqat kampaniyası qrafikə uyğun həyata keçirilir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər inistitutunun rektoru Aqiyə Naxçıvanlı ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələrindən ətraflı danışıb. O qeyd edib ki, son 10 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib və bu inkişaf indi də davam edir.

Millət vəkili onu da bildirib ki, Oğuz seçiciləri oktyabrın 9-da yüksək fəallıqla məntəqələrə gələcək, müstəqilliyimizin əbədiliyinə, inkişafına, yüksəlişinə - cənab İlham Əliyevə səs verəcəklər. Bununla da cənab İlham Əliyev Azərbaycanı inamlı, işıqlı sabaha aparacaq.

Görüşdə çıxış edənlər bildiriblər ki, ölkəmizdə aparılan uğurlu inkişafın davamlı olmasını istəyən hər bir seçici prezident seçkilərində iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə