Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri ilə seçicilərin növbəti görüşü keçirilib. SİA-nın məlumatına görə, Kürdəmir rayonunun Şilyan, Qarasu, Qarabucaq kəndlərinin, həmçinin Qarabucaq qəsəbəsinin seçiciləri ilə görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək seçiciləri 10 il ərzində YAP-ın namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tətbiqi ilə həyata keçirilən islahatlardan, infrasturuktur layihələrinin əhəmiyyətindən danışaraq, Prezident seçkilərində alternativsiz namizəd olan cənab İlham Əliyevə səs verməyə çağırıb.
Milli Məclisin deputatı Fərhad Qəribov, professor Əlikram Məmmədov, Zenfira Zərbalıyeva, seçicilərdən Murad Əbdirəhimov, Vəzir Usubov, Allahyar Əhmədov, Xeyrulla Qocayev, Namət Əbdürəhmanov, Şiraslan Cəfərov, Leyla Həsənova və digərləri rayonda, kənddə həyata keçirilən quruculuq işlərindən, ölkəmizdə gedən dinamik inkişafdan danışıblar. Çıxış edənlər vurğulayıblar ki, İlham Əliyevin düşünülən siyasətini dəstəkləyən Kürdəmirlilər öz tarixi seçimlərini 9 oktyabr günü məntəqələrə gələrək təsdiqləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB