Xaçmazlılar güclü dövlətin lideri İlham Əliyevə səs verəcəklər

Xaçmazlılar güclü dövlətin lideri İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin Xaçmaz rayonu üzrə Seçki Qərargahı Susayqışlaq seçiciləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən qərargahın sədri Nazim Ağayev Ulu Öndərin bizə miras qoyduğu müstəqil Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlərdən, inkişaf etmiş ölkələr sıralarına daxil olmaq üçün həyata keçirdiyi böyük əhəmiyyət kəsb edən layihələrin uğurla həyata keçirilməsindən, dövlətimizin beynəlxalq nüfuzun gündən-günə artmasından, ölkədə hökm sürən stabillikdən, abadlıq- quruculuq işlərindən, insanların sosial rafahının yaxşılaşmasından və digər məsələlərdən danışıb.

Görüşdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə çıxış edərək prezident seçkilərinin keçirilməsinin əhəmiyyətindən danışıb: "Əgər dövlət rəhbəri xalqının lideri deyilsə, rəhbərliyə təsadüfi adam seçilibsə, o ölkənin nə iqtisadiyyatından, təhsilindən, mədəniyyətindən, insanların yaşayış tərzindən, nə də digər sahələrdən danışmağa dəyməz. Məqsədimiz Ulu Öndər Heydər Əliyev tərəfindən bizə miras qalan müstəqil Azərbaycan dövlətinin və Azərbaycan xalqının inkişafını davam etdirmək, insanların yaşam tərzini daha da yaxşılaşdırmaq, ölkənin qüdrətini artırmaq, güclü iqtisadiyyata nail olmaq, ölkəmizi Avropanın inkişaf etmiş ölkələri sırasına çatdırmaqdan ibarətdir. Bütün bunlara nail olmaq üçün güclü liderimiz İlham Əliyevi növbəti 5 ildə yenidən Prezident seçməliyik. Son 20 ildə əldə etdiyimiz nailiyyətlərdən biri də ölkəmizin borc alanlar siyahısından çıxaraq, borc verənlər siyahısına düşməsidir. Bu gün Azərbaycan dünyanın böyük iqtisadi layihələrinə imza atır. Məhz onun nəticəsidir ki, ölkəmiz regionda lider dövlətdir. İnanıram ki, Xaçmazlılar həmişə olduğu kimi, bu seçkidə də öz seçimlərini edərək yekdilliklə İlham Heydər oğlu Əliyevə səs verəcəklər".

Görüşdə çıxış edən Heybət Əzimov, Mübariz Baratov, Fikrət Niftəliyev, Susaylı gənclər adından Gülçəmən Həbibova, Amil Rəhimov cənab İlham Əliyevə inandıqlarını, onu həmişə dəstəklədiklərini vurğulayaraq qarşıdan gələn seçkilərdə Azərbaycan xalqının lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər. Çıxış edənlər ölkədə baş verən uğurlu dəyişikliklərdən, cənab İlham Əliyevin vətəninə, xalqına bağlılığından danışaraq son 10 ildə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, bu inkişafı növbəti 5 ildə davam etdirmək üçün bütün Azərbaycan xalqının İlham Əliyevə səs verəcəklərinə tam əmin olduqlarını bildiriblər.

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin Xaçmaz rayonu üzrə Seçki Qərargahı növbəti görüşünü Xudat kəndinin seçiciləri ilə keçirib. Görüşdə Valeh Həzimov, Seyfəddin Hacıyev, Əfsanə Mehrəliyeva, Mürsəl Mirzeyev çıxış edərək Azərbaycanın davamlı inkişafı naminə İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə