Azərbaycan 9 oktyabrda tarixinin daha bir önəmli gününü yaşayacaq. Çünki bu tarixdə xalqımız bir daha sandıq başına gedəcək və prezidentini seçəcək. Bu isə hər bi ölkənin, xalqın talehində məsuliyyətli gündür.
16 sentyabrdan başlamış təbliğat-təşviqat kampaniyasında fəal, yorulmadan iştirak edən rayonlardan biri də Qubadır. Rayonda İlham Əliyevin təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi və fəal şəkildə aparılır. Belə ki, Quba rayonundan Milli Məclisə deputat seçilmiş Vahid Əhmədov , Yevda Abramov, YAP Quba rayon təşkilatının üzvləri və namizədin səlahiyyətli nümayəndələri prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaltan və Qonaqkənd kəndində əhali ilə görüşlər keçiriblər.
Görüşlər zamanı nümayəndələr bildiriblər ki, ölkəmizin bundan sonrakı inkişafı da Cənab İlham Əliyevin Prezident seçilməsindən asılıdır. Çünki 10 il ərzində İlham Əliyevin gördüyü uğurlu işlər onu deməyə əsas verir ki, YAP-ın namizədi güclü siyasətçi, əvəzolunmaz liderdir.
Görüşlərdə rayon sakinləri bildiriblər ki, 9 oktyabrda onlar öz səslərini Cənab İlham Əliyevə verəcəklər.
Cahid Süleymanov


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB