Balakənlilər sürətli inkişafın təminatçısı olan İlham Əliyevə səs verəcəklər
Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası seçki qərargahının Balakən rayon şöbəsinin təbliğat qrupu üzvlərinin rayonun Qazma və Sarıbulaq kəndlərində seçicilərlə görüşü olub. SİA-nın məlumatına görə, görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev seçicilərə partiyamızın namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin rayonda görülən quruculuq işlərindən danışıb.
O bildirib ki, Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın, o cümlədən Balakənlilərin həyatında hiss edildiyini bildirən rayon təşkilatının sədri oktyabrın 9-da xalqın YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini əminliklə ifadə edib.
Millət vəkili Rəbiyyət Aslanova çıxışında vurğulayıb ki, ölkədə həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər Azərbaycanın daha da güclənməsini təmin edib: "Bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanır. Ümumiyyətlə, 2003-cü ildən etibarən, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə və digər tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib".
Görüşdə rayon ağsaqallar şurasının üzvü Rəşid Musayev, kəndlilər Bəşir İbrahimov, Mustafa Əliyev çıxış edərək seçiciləri 9 oktyabrda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB